Mikrobiologiya

Qidalı mühitdə koloniyalar əmələ gətirmiş Escherichia coli bakteriyası

Mikrobiologiya (mikros - kiçik, bios - həyat, loqos - elm deməkdir) — çoxu adi gözlə görülməyəcək qədər kiçik (mikroskopik), digər orqanizmlərə nəzərən bəsit və çox geniş çeşiddə olan canlı varlıqların, yəni mikrob yaxud digər adıyla mikroorqanizmləri öyrənən elm. Mikrobiologiyanın subyekti bakteriya, arxeylər, yosun, kif, protozoyviruslardır. Mikroblar adətən təkhüceyrəli, bəzən çoxhüceyrəli (hüceyrə koloniyaları) yaxud hüceyrəvi quruluşa malik olmayan orqanizmlərdir (virus və prionlar). Bu sahəyə mikrobların fundamental elmi baxımdan araşdırılması ilə yanaşı fermentasiya, şərabçılıq kimi sənaye istehsalı və tibbi mikrobiologiyada yoluxucu xəstəliklərin qarşısının alınması kimi tətbiqi sahələr də daxildir. Mikrobiologiya virusologiya, mikologiya, parazitologiyabakteriologiya kimi çoxsaylı sahələrə bölünməkdədir.

Mikroorqanizmlər 2 qrupda təsnifləşdirilir.

  • 1.Eukariot mikroorqanizmlər
  • 2.Prokariot mikroorqanizmlər.

Eukariot mikroorqanizmlər hüceyrə orqanoidlərini əhatə edən membrana sahibdirlər və belə mikroorqanizmlərə göbələklər və protistlər daxildir.Prokariot orqanizmlərin isə hamısı mikroorqanizmdir və buraya Eubakteriyalar(həqiqi bakteriyalar) və arxeobakteriyalar(sianobakteriyalar) daxildirlər ki, onları da ümumi bir əlamət birləşdirir ki, bu da orqanoidləri əhatə edən hüceyrə membranının olmamasıdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search